İri qara eynək

Rüstəm Fəvvarələr meydanına gəlib çatanda qızı həmişəki yay kafesində üzü küçəyə sarı oturmuş halda gördü. Havanın dözülməz bürküsü Rüstəmi taqətdən salmışdı və o, boğazının tamamilə quruduğunu hiss edirdi. Bakıda hər iyul ayındakı kimi yenə səmadakı buludları belə hürkütmüş əzazil hərarət hökm sürürdü. Göydən yerə odun yağdığı və küləyin qorxudan qeybə çəkildiyi bu bazar günündə şəhər mərkəzi hər şeyə rəğmən saysız-hesabsız adamlarla qaynayırdı. 
 
  Rüstəm kafedən bir qədər aralıda ağacların altındakı kölgəlikdə dayandı, dincini aldı və yaxınlıqdakı süni bulaqda boğazını yaşlayıb, üz-gözünə su çilədi. Elə ki taqətə gəldi kafeyə sarı addımladı. O, qızın oturduğu masaya çathaçatda yanından ötən ofisiant dərhal ayaq saxladı və nə buyuracaqlarını xəbər aldı. Rüstəm ofisiantın səbrsizliyinə daxilində qəzəbləndi və ilk olaraq qızın sifariş etməsini üstün tutduğundan masa arxasında yer tutana qədər bir söz demədi. Amma qız dinməyərək ofisiantın sualını cavabsız qoydu. Onda Rüstəm təsdiq gözləmədən ikisi üçün də soyuq qazlı mineral su sifariş etdi.  


Ardı →

Bu hekayənin qəhrəmanı siz olsaydınız nə edərdiniz…?

  • Sevgi
ağıllı qız,səbirli insan və qoca qadınOturdugu skamyadan qalxdı, üzərindəki dənizçi formasını düzəltdi və şehərin böyük qatar stansiyasındakı insanları incələməyə başladı. Gözləri o qızı axtarırdı, ürəyini çox yaxşı bildiyi, amma üzünü heç görmedigi, yaxasında gül olan o qızı… Ona olan marağı bundan on üç ay əvvəl Floridada bir kitabxanada başlamışdı. Rəflərdən aldığı bir kitabın içindəki yazıdan çox təsirlənmişdi. Kitabdan deyil, səhifələrdən birinin kənarında qəlemle yazılmış kiçik qeydlərdən… Yumuşak əl yazısı düşüncəli bir ruhu və insanın içinə işleyen bir xarakteri əks etdirirdi. Kitabın baş səhifəsində, o kitabı ən son oxuyan şəxsin adını gördü: Bayan Hollis Maynell. Bir az zaman və səy sonunda ünvanını da tapdı. Bayan Maynell New Yorkda yaşayırdı. Blanchard ona özünü tanıdan və məktub dostu olmağı təklif edən bir məktub yazdı.
Ardı →